Xəbərlər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev turizmin inkişafının səmərəliliyinin ixrac növlərindən biri olduğunu bildirdi.

Prezident İlham Əliyev yerli REAL TV telekanalına verdiyi müsahibədə deyib ki, turizm ixrac növlərindən biridir.

“Keçən il kənd təsərrüfatı məhsullarının ixracından Azərbaycan turizmdən gələn vəsaitdən daha az vəsait əldə etdi. Yəni, turizm ixrac növüdür. Keçən il Azərbaycana turizmdən iki milyard dollar vəsait daxil oldu. Bu vəsait vətəndaşlara, xidmət sektoruna, vergilərə və ümumi inkişafa xidmət göstərir. Ona görə biz qabaqcıl ölkələrin təcrübəsini öyrənirik və çalışırıq ki, Azərbaycanda turizm sənayesi daha da sürətlə inkişaf etsin. Keçən il ölkəmizə 2 milyon 800 min xarici qonaq gəlmişdi. Bu il daha çox gələcək. Bu, bizim iqtisadi inkişafımızın çox önəmli istiqamətidir”, - İlham Əliyev belə deyib.